İranlı deputat parlamentdə yerdə oturdu - FOTO

İranlı deputat parlamentdə yerdə oturdu    - FOTO
  13 Noyabr 2023    Oxunub:1021
İranda istefasının qəbul edilməsini istəyən millət vəkili parlamentdə oturaq aksiya keçirib.
Bu barədə "Mehr News" məlumat yayıb. Qeyd edilir ki, Tehran şəhərindən İran parlamentinə seçilmiş millət vəkili İlyas Naderan bazar günü istefasının qəbul edilməsi üçün parlament sədri Məhəmməd Baqir Qalibafın qarşısında yerə oturub.

Qalibaf deputatın oturaq aksiya keçirməsinə münasibət bildirərkən deyib: "İndi o, bu gün istefasını qəbul etməyimizi seçdi".
AzVision.az



Teqlər: İran  





Xəbər lenti