Polşanın Baş naziri istefa verdi

   Polşanın Baş naziri istefa verdi
  13 Noyabr 2023    Oxunub:829
Polşanın Baş naziri Mateuş Moravetski istefa verib.
O, parlament seçkilərindən sonra bütün kabineti ilə birlikdə istefa verib. Məlumata görə, hakim “Qanun və ədalət” partiyası parlament çoxluğuna malik olmadığına görə, Polşa prezidenti Anjey Duda yeni hökuməti qurmaq səlahiyyətini bu gün Moravetskiyə verəcək.

Bundan əvvəl “Vətəndaş Koalisiyasının” rəhbəri, Polşanın keçmiş Baş naziri və Avropa İttifaqı Şurasının keçmiş prezidenti Donald Tusk bəyan etmişdi ki, Polşada üç müxalifət birliyi,- “Vətəndaş Koalisiyası”, “Üçüncü Yol” və “Sol” partiyaları koalisiya sazişi imzalayıblar və hökumət qurmaq niyyətindədirlər.

Qeyd olunur ki, əgər müxalifət uğur qazansa, Tuskun ölkənin Baş naziri postuna namizədliyi irəli sürüləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti