İsrail və HƏMAS girovları eyni vaxta azad edə bilərlər

   İsrail və HƏMAS girovları eyni vaxta azad edə bilərlər
  14 Noyabr 2023    Oxunub:1105
İsrail və Fələstinin HƏMAS radikal hərəkatı oktyabrın 7-də yaraqlılar tərəfindən əsir götürülən əksər israilli qadın və uşaqların azad edilməsinə imkan verəcək sazişlər imzalamağa yaxındır.
AzVision.az xəbər verir ki, bu barədə "The Washington Post" (WP) qəzetinin xarici siyasət köşə yazarı Devid İqnates İsrail hökumətindəki mənbələrinə istinadən rəy yazısında məlumat verib.

Onların sözlərinə görə, yekun detallar razılaşdırılarsa, imzalanma bir neçə gün ərzində açıqlana bilər. İlkin razılaşmalara əsasən, İsrail həbsxanalarında saxlanılan fələstinli qadın və gənclərlə eyni vaxtda israilli qadın və uşaqlar qruplar halında azad ediləcək.

İsrail ərazisindən qaçırılan 100 qadın və uşağın hamısının azad edilməsini tələb edir. Məqalədə qeyd edildiyi kimi, yaraqlılar böyük ehtimalla 70 nəfəri azad edəcəklər. Nəşrin məlumatına görə, İsrail həbsxanalarında ən azı 120 fələstinli qadın və gənc var, onlardan neçəsinin azad ediləcəyi məlum deyil.

AzVision.az


Teqlər:





Xəbər lenti