Çində 6 ölkənin iştirak etdiyi hərbi təlimlər keçirilir

Çində 6 ölkənin iştirak etdiyi hərbi təlimlər keçirilir
  14 Noyabr 2023    Oxunub:900
Çində “Sülh və Dostluq 2023” adlı hərbi təlimlər keçirilir. Çin Müdafiə Nazirliyinin yaydığı məlumata görə, təlimlərdə altı Asiya ölkəsindən üç mindən çox hərbçi iştirak edir.
Qeyd olunur ki, Çin, Kamboca, Laos, Malayziya, Tailand və Vyetnamın qatıldığı birgə təlimlər bazar ertəsi səhər ölkənin cənubundakı Quanqdonq əyalətinin Çjanjiang şəhərində başlayıb və noyabrın 22-dək davam edəcək. Bu kateqoriyalı manevrlər ilk dəfədir ki, Çində həyata keçirilir.

Təlimlərdə Çindən əsasən Xalq Azadlıq Ordusunun Cənub Döyüş Komandanlığının hərbi qulluqçuları iştirak edir. Digər ölkələr quru bölmələri və gəmilər göndərib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Çin  





Xəbər lenti