Levon Köçəryan Ermənistan parlamentində and içdi

   Levon Köçəryan Ermənistan parlamentində and içdi
  14 Noyabr 2023    Oxunub:1224
Ermənistanın ikinci prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryan and içərək “Hayastan” fraksiyasının deputatı olub.
Bundan əvvəl Levon Köçəryan istintaq təcridxanasında olarkən deputat mandatı alıb və oradan azadlığa buraxılıb.

Xatırladaq ki, Levon Köçəryan sentyabrın 22-də hökumət əleyhinə etiraz aksiyaları zamanı həbs edilmişdi. Daha sonra o, polis əməkdaşları tərəfindən döyülərək xəstəxanaya yerləşdirilmişdi.

irəvan tibb mərkəzlərinin birində ona beyin silkələnməsi diaqnozu qoyulmuşdu. Lakin buna baxmayaraq, Köçəryan dörd polis əməkdaşını döyməkdə şübhəli bilinərək saxlanılmışdı.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti