"Qarabağ heç vaxt Ermənistan ərazisi sayılmayıb" - Polşanın İrəvandakı səfiri

   "Qarabağ heç vaxt Ermənistan ərazisi sayılmayıb"    - Polşanın İrəvandakı səfiri
  14 Noyabr 2023    Oxunub:1232
"Polşa hökuməti Ermənistanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir".
AzVision.az xəbər verir ki, bu barədə jurnalistlərə Polşanın Ermənistandakı səfiri Pyotr Skveçinski məlumat verib.

Putin: Qarabağ məsələsi bitdi, mövzu bağlandı
Onun sözlərinə görə, Polşa bu ilin sentyabrında (Qarabağdakı antiterror tədbirlərindən sonra - red.) İrəvana maddi yardım göstərən ilk ölkələrdən olub.
“Biz Ermənistanda sülhün olmasını və ermənilərin beynəlxalq səviyyədə tanınmış ərazilərdə dinc yaşaya bilməsini istəyirik”, - qeyd edib.

Eyni zamanda o əlavə edib ki, beynəlxalq səviyyədə tanınmış ərazi dedikdə Qarabağı nəzərdə tutmur. Çünki “bu bölgə beynəlxalq ictimaiyyət tərəfindən heç vaxt Ermənistanın ərazisi hesab edilməyib”.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Qarabağ   Polşa   Səfir  





Xəbər lenti