Tehrandan qəzzalı tələbə qızlara jest

Tehrandan qəzzalı tələbə qızlara jest
  14 Noyabr 2023    Oxunub:1012
Tehran hökuməti Qəzzadan olan qız tələbələrin İranda təhsil almasına dəstək verir və ilk addım kimi onlardan üçünə Həmədandakı Əbu Əli Sina Universitetində təqaüd verəcək.
AzVision.az xəbər verir ki, bu barədə İran prezidentinin qadın və ailə məsələləri üzrə müavini Ənisə Xəzəli məlumat verib.

Xəzəli, onların simvolik təqaüdlərinin təfərrütalarını açıqlamayıb. Lakin o bu aksiyanın digər universitetlərə də “yayılacağına” ümid etdiyini bildirib.

İRNA-nın yaydığı məlumata görə isə Xəzəli həmçinin İranda əcnəbi tələbələrin işə götürülməsini də “zərurət” adlandırıb. O, bu jestin “İran-İslam mədəniyyətinin digər ölkələrə çatdırılmasında” təsirli ola biləcəyini deyib.

Maraqlıdır ki, Qəzza zolağı İsrailin tam mühasirəsindədir və yalnız ikili vətəndaşlığı olan bir neçə sakinin Misirə Rəfah keçidindən daxil ola bildiyi halda, İranın bu bölgədən olan qız tələbələri necə seçib onlara təqaüd verəcəyi bəlli deyil.
AzVision.az



Teqlər: İran   Tələbə  





Xəbər lenti