Ukraynaya kim nə qədər yardım edib - STATİSTİKA

Ukraynaya kim nə qədər yardım edib -   STATİSTİKA
  14 Noyabr 2023    Oxunub:2260
Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Kiyevə edilən hərbi yardımın həcmi demək olar ki, Rusiyanın müdafiə büdcəsinə bərabər olub.
Ukraynaya hərbi yardım paketi elan edən ölkələr arasında ABŞ birinci yerdədir. Ölkənin dövlət katibi Antoni Blinken bildirb ki, Vaşinqton Ukraynanı nə qədər lazımdırsa, dəstəkləməyə hazırdır.

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ABŞ prezidenti Co Baydenin “Ukrayna və İsrailə hərbi yardım - uzaq gələcək üçün ABŞ-ın təhlükəsizliyinə fayda verəcək ağıllı sərmayədir” sözlərinin təsadüf olmadığını deyib. Rusiya Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, ABŞ Ukraynanı hərbi-bioloji eksperimentlər üçün sınaq poliqonuna çevirib və onu Rusiyaya qarşı hərbi əməliyyatlar üçün hazırlayıb.

Beləliklə, AzVision.az müharibə başlayandan iyul ayına qədər Ukraynaya bir sıra dövlətlər tərəfindən edilən hərbi, humanitar və maliyyə yardımının statistikasını təqdim edir:

Hərbi yardım:

ABŞ: 44,4 milyard dollar
Almaniya: 18,0 milyard dollar
Böyük Britaniya: 7,0 milyard dollar
Aİ qurumları: 5,9 milyard dollar
Norveç: 3,9 milyard dollar
Danimarka: 3,7 milyard dollar
Polşa: 3,2 milyard dollar
Hollandiya: 2,6 milyard dollar
Kanada: 1,8 milyard dollar

Yaponiya Ukrayanaya humanitar və maliyyə yardımı etsə də, hərbi yardım edənlərin sırasında yer almır. Ukraynaya edilən hərbi yardımların ümumi həcmi 90,5 milyard dollar məbləğində qiymətləndirilir.

Humanitar yardım:

ABŞ: 3,7 milyard dollar
Almaniya: 2,6 milyard dollar
Aİ qurumları: 2,2 milyard dollar
Yaponiya: 1,0 milyard dollar
Böyük Britaniya: 0,6 milyard dollar
Hollandiya: 0,6 milyard dollar
Kanada: 0,4 milyard dollar
Polşa: 0,4 milyard dollar
Danimarka: 0,3 milyard dollar
Norveç: 0,2 milyard dollar

Ümumilikdə isə Ukraynaya 12,2 milyard dollar humanitar yardım edilib.

Maliyyə yardımı edənlər arsında Aİ qurumları liderlik edir. Bu qurumların yardımı 81,4 milyard dollar məbləğindədir. Növbəti yerlərdə isə ABŞ və digər dövlətlər qərarlaşıb:

ABŞ: 25,1 milyard dollar
Böyük Britaniya: 7,0 milyard dollar
Yaponiya: 5,8 milyard dollar
Norveç: 3,8 milyard dollar
Kanada: 3,6 milyard dollar
Almaniya: 1,4 milyard dollar
Hollandiya: 1,1 milyard dollar
Polşa: 0,9 milyard dollar
Danimarka: 0,1 milyard dollar

Ümumilikdə edilən maliyyə yardımlarının həcmi 130,1 milyard dollardır.

2022-ci ilin yanvarından 31 iyul 2023-cü il tarixinədək Ukraynaya edilən həm hərbi, həm humanitar, həm də maliyyə yardımlarının cəmi 232,8 milyard dollardır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti