SEPAH media nümayəndələri və fəalları kütləvi şəkildə həbs edib

Məlumata görə, həbs olunanlar arasında “Morur”un azı dörd jurnalisti, o cümlədən Rəştdə yerləşən bu xəbər saytının məsul direktoru Nəsim Təvafzadə də var.
Yazıçı, ictimai və ətraf mühit fəalı Nəsim Təvafzadə 2014-cü ildən "Morur" xəbər saytının məsul direktoru olmaqla yanaşı, həm də “Səbzkaran” adlı quruma rəhbərlik edir.
Bundan əvvəl, noyabrın 11-də 10-dan çox qadının evlərinə basqın edən SEPAH kəşfiyyatçıları həbslər həyata keçirib, saxlanılanların elektron cihazları müsadirə olunub.
Məmurlar həmin vətəndaşları yaxalayanda yalnız axtarış vərəqəsini göstəriblər. Lakin həbslərin səbəbi və saxlanılanların hara aparılması barədə heç bir açıqlama verilməyib.
Saxlanılan şəxslərin bəzilərinin ailələri Gilan 9-cu İstintaq Şöbəsinə dəfələrlə müraciət etsələr də məlumat ala bilmirlər. Məhkəmə orqanları saxlanılanların harada olması və onlara qarşı irəli sürülən ittihamlar barədə heç bir məlumat açıqlamırlar.
AzVision.az
Teqlər: SEPAH