İranın repressiya maşını dayanmır

İranın repressiya maşını dayanmır
  14 Noyabr 2023    Oxunub:983
“Qadın, Həyat, Azadlıq” hərəkatı çərçivəsində etirzlar zamanı dünyasını dəyişmiş kürd millətindən olan gənc Fərcad Dərvişinin qardaşı Səyyad Dərvişi iki həftə əvvəl Urmiyada həbs edilib. Hələlik taleyi müəyyən olmayan gənci İran təhlükəsizlik qüvvələri saxlayıb.
AzVision.az xəbər verir ki bu barədə "Hengaw" hüquq-müdafiə təşkilatı məlumat yayıb.

Saxlanılmasından təxminən 2 həftə keçməsinə baxmayaraq hələ də, onun həbsinin səbəbləri və Sayyad Dərvişiyə qarşı irəli sürülən ittihamlarla bağlı heç bir təfərrüat əldə olunmayıb.

Sentyabr ayından başlayaraq Dərvişi ailəsi Fərcadın vəfatının ildönümünə bir neçə gün qalmış dəfələrlə təhdidlərə məruz qalıb. Mərhum gəncin anım mərasiminin onun məzarı başında keçirilməsinə də icazə verilməyib.

Xatırladaq ki, Urmiyanın Bəlu kəndindən olan 23 yaşlı Fərcad Dərvişi 2022-ci il sentyabrın 20-də Vəliəsr küçəsində hökumət qüvvələrinin açdığı atəş nəticəsində yaralanıb. O, tibb məntəqəsinə aparılarkən dünyasını dəyişib.
AzVision.az



Teqlər: İran  





Xəbər lenti