İranda tibb bacısı çatışmazlığından xəstələr ölür

   İranda tibb bacısı çatışmazlığından xəstələr ölür
  14 Noyabr 2023    Oxunub:1051
Qocalar evlərində tibb bacıları çatışmazlığı xəstələrin ölümünə səbəb olur.
AzVision.az İrandakı qocalar evinin baş katibi Məhəmməd Şərifi Müqəddəmin müsahibəsinə istinadən xəbər verir ki, İranın Səhiyyə nazirliyi mövcud problemi gizlətməyə çalışır.

“Cəsarətlə deyirəm ki, xəstələr tibb bacısı çatışmazlığından ölürlər. Hər il ölkədən üç mindən çox tibb bacısı miqrasiya edir, lakin Səhiyyə nazirliyi bu statistik göstəricini hətta tibb işçiləri kadrları sırasına da əlavə etmir. Tibb bacıları aşağı maaş və bu qədər ağır şəraitdə işləmək istəmirlər. Bəzi tibb bacıları evdə qalmağın işdə bu qədər ədalətsizliyə dözməkdən daha yaxşı olduğuna inanır”, - Şərifi Müqəddəm deyib.

Ən adi statistik rəqəmlər belə hər ay ən azı 250 tibb bacısının İranı tərk edərək daha çox pul qazana biləcəkləri ölkələrə getdiyini göstərir.

Ölkənin tibb sisteminin əlaqələndirmə şurasının rəhbəri Mənsur Cəfəri Nemin də may ayının ortalarında ötən il 800-dən çox dayənin xaricə miqrasiya etdiyini açıqlamışdı.
AzVision.az



Teqlər: İran   səhiyyə  





Xəbər lenti