Antalyada zavodda yanğın başlayıb - Video

   Antalyada zavodda yanğın başlayıb -    Video
  14 Noyabr 2023    Oxunub:915
Türkiyənin Antalya vilayətinin Candır rayonunda plastik qutu və qablaşdırma istehsal edən zavod yanıb. Bu barədə IHA portalı məlumat yayıb.
Qeyd olunur ki, tüstü Antalyanın mərkəzindən 30 km aralıda görünür. Yanğın yerli vaxtla saat 11:00 radələrində baş verib.

Hadisə yerinə çoxlu yanğınsöndürən və təcili yardım briqadaları göndərilib. Bir saatdan sonra yanğınsöndürənlər alovun genişlənməsinin qarşısını ala biliblər. Zavodun yaxınlığında yanacaqdoldurma məntəqəsi var.

Yanğının baş vermə səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.


Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti