Cavad Zərif: PUA məsələsində Rusiya bizi uğursuzluğa düçar etdi

      Cavad Zərif:    PUA məsələsində Rusiya bizi uğursuzluğa düçar etdi
  14 Noyabr 2023    Oxunub:952
Rusiyaya pilotsuz təyyarələrin göndərilməsi məsələsində İran “aldadıldı”.
AzVision.az xəbər verir ki, İranın keçmiş Xarici İşlər naziri Məhəmməd Cavad Zərif “HəmMihan” qəzetinə müsahibəsində belə iddia səsləndirib.

“Onlar həm dronları tutdular, həm də özləri ifşa etdilər, bunun nüvə balansının hesablamalarında çox dəhşətli səbəbləri var. Bu onlar üçün dəqiq, bizim üçün təhlükəli idi”, - Zərif deyb.

Maraqlıdır ki, keçmiş məmur Rusiyanın İran üçün “təhlükəli” olan “nüvə balansı hesablamaları”nın “çox dəhşətli səbəbləri” barədə ətraflı məlumat verməyib.

Son zamanlar Moskva Ukrayna müharibəsində taktiki nüvə bombalarından istifadənin mümkünlüyü ilə hədələyirdi və bu ilin iyununda ABŞ prezidenti Co Bayden Rusiya prezidentinin taktiki nüvə silahından istifadə ilə bağlı səsləndirdiyi təhdidin “real” olduğunu bildirib.

Lakin indiyədək bu prosesin İran üçün təhlükəli olması və Tehranın müharibədə Rusiyaya silah dəstəyinin “sızdırılması” səbəbindən İranın belə təhlükələrə cəlb edilə bilməsi iddiası gündəmə gəlməmişdi.

Rəsmi Tehran hələ də Moskaya silah dəstəyi verdiyini təkzib etsə də, son aylarda “Şahid” pilotsuz təyyarələrinin Rusiya ordusunun Ukraynaya qarşı hava hücumlarında istifadə etdiyi silahların təxminən 60%-nə bərabər olduğu düşünülür.
AzVision.az


Teqlər: Zərif   Rusiya  





Xəbər lenti