İranın təhlükəsizlik qüvvələri iki qadını həbs edib

   İranın təhlükəsizlik qüvvələri iki qadını həbs edib
  14 Noyabr 2023    Oxunub:937
Tehranda yaşayan Məhnaz Tərrahi və Şəqayiq Muradi təhlükəsizlik orqanları tərəfindən ayrı-ayrılıqda həbs olunub.
AzVision.az “Hrana” İnsan Haqları agentliyinin yaydığı məlumata istinadən xəbər verir ki, həbs olunanların vəziyyətinə Nəzarət komitəsi təhlükəsizlik işçilərinin Şaqayiq Muradinin evinə gələrək, “yoxlama” keçiriblər.

Təhlükəsizlik orqanlarının əməkdaşları keçmiş siyasi məhbus Məhnaz Tərrahini isə küçədə “zorakılıqla” həbs edərək Evin prokurorluğunun üçüncü şöbəsinə təhvil veriblər.

Keçmiş siyasi məhbus Fərzin Rzayi Roshan isə, sosial şəbəkələrdə paylaşdığı video-materialda müayinə üçün xəstəxanaya gedən zaman təhlükəsizlik işçilərinin ona hücum şəkdiklərini və dostu Məhnaz Tərrahini həbs etdiklərini bildirib.

Rzayi 10-15 zabitin onu döyərək baş nahiyyəsinə xəsarət yetirdiklərini və nalayiq sözlər işlətməklə onu şoka saldıqlarını söyləyib. Yalnız bundan sonra təhlükəsizlik işçiləri onu buraxaraq, xanım Tərrahini Evin prokurorluğunun üçüncü şöbəsinə aparıblar.

Əvvəllər də həbs edilmiş Məhnaz Tərrahi məhkəmə cəzasını çəkib. O, fevral ayında bəzi siyasi məhbusların “amnistiya”sından sonra həbsdən azad edilib.

Bu iki vətəndaşın həbsinin səbəbləri və onlara qarşı irəli sürülən ittihamlarla bağlı heç bir məlumat dərc olunmayıb.
AzVision.az



Teqlər: İran   həbslər  





Xəbər lenti