Sistan və Bəlucistanda insanlar qaz növbəsinə durur - VİDEO

   Sistan və Bəlucistanda insanlar qaz növbəsinə durur    - VİDEO
  14 Noyabr 2023    Oxunub:959
İran hökumətinin etnik azlıqlara qarşı ayrı-seçkiliyi bütün sahələrdə özünü göstərir.
AzVision.az xəbər verir ki, Sistan və Bəlucistan əyalətinin Saravan şəhərində qaz təchizatının olmaması səbəbindən dini ayrı-seçkilik və irqçiliyə məruz qalan bəluclar qaz balonlarını doldurmaq üçün ardı-arası kəsilməyən uzun növbələrdə dayanırlar.

Yanacaqdoldurma məntəqələrinin sayının azlığı bu qəbildən olan hallara və yanacaq qaçaqmalçılığına səbəb olan əsas faktorlardan biridir.

Ənənəvi enerjidaşıyıcıları ehtiyatları və hasilatı üzrə dünyanın ən zəngin ölkələrindən biri olan İranda insanların qaz təchizatında mövcud olan problemlər məhz hökumətin yarıtmaz fəaliyyətinin və teokratik rejimin diskriminasia siyasətinin acı nəticələridir.


AzVision.az



Teqlər: İran   Sistan  





Xəbər lenti