Azərbaycan İsraildən Barak MX alacaq

   Azərbaycan İsraildən Barak MX alacaq
  14 Noyabr 2023    Oxunub:1003
Azərbaycan 1,2 milyard dollarlıq müqavilə çərçivəsində İsraildən əlavə Barak MX hava hücumundan müdafiə sistemləri alacaq. Bu barədə “İnterfaks” Avropa Müdafiə Sənayesi Agentliyinə istinadən məlumat yayıb.
Bu hava hücumundan müdafiə vasitələrinin təyyarə və raketlər kimi hava təhdidlərindən qorunmaq üçün nəzərdə tutulduğu bildirilir.

Nəşrin məlumatına görə, Israel Aerospace Industries bundan əvvəl Barak MX-in imkanlarını Azərbaycanda nümayiş etdirib. Sınaqlara bu sistemin müxtəlif versiyalarının kəsicilərinin çoxsaylı buraxılışları daxildir.

Barak MX modul tipli mobil hava hücumundan müdafiə sistemidir, müxtəlif modifikasiyalı raketlərdən, eləcə də təyyarələr, helikopterlər və PUA kimi hava obyektlərindən qorunmağa qadirdir.

Sistemə müxtəlif mənzilli üç növ tutucu raketlər daxildir.

Qeyd etmək vacibdir ki, Barak MX gəmi platformalarında quraşdırıla bilər.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti