The Hill: İran Yaxın Şərqdəki münaqişədən faydalanan əsas tərəfdir

      The Hill:    İran Yaxın Şərqdəki münaqişədən faydalanan əsas tərəfdir
  14 Noyabr 2023    Oxunub:816
Oktyabrın 7-də HƏMAS-ın İsrailin cənubuna hücumu İranın etibarlı qüvvələrinin İsrailə və Qərbə qarşı müharibəsinin kulminasiya nöqtəsi oldu. Çünki Tehran “Yaxın Şərq nizamını öz xeyrinə dəyişməyə” çalışır.
xəbər verir ki, Amerikanın aparıcı və nüfuzlu siyasi nəşrlərindən biri sayılan “The Hill” öz hesabatında İran rejiminin HƏMAS-dan istifadə edərək İsrail ərazisində “ən dəhşətli terror hücumu” həyata keçirməklə bir çox strateji və taktiki məqsədlərə nail olduğunu iddia edir.

Nəşr qeyd edir ki, əvvəla Səudiyyə-İsrail normallaşma prosesini relsdən çıxaran Tehran, İbrahim razılaşması kimi tanınan ərəb-İsrail sülh təşəbbüsünü genişləndirmək səylərini zəiflədib.

İkincisi , Türkiyə-İsrail münasibətlərinin asta bərpasına düzəlməz zərər vurub.

Üçüncüsü , təklif olunan Hindistan-Yaxın Şərq-Avropa iqtisadi dəhlizinin neytrallaşdırılmasına nail olub.

Dördüncüsü , Yaxın Şərq regionunda 6-ya qədər Çin hərbi gəmisinin olması üçün əlverişli şərait yaradıb.

Ən əsası isə, dünya ictimaiyyətinin diqqətini öz nüvə proqramından yayındırıb.



Teqlər:





Xəbər lenti