Nikki Heyli İrana görə Baydeni tənqid edib - VİDEO

   Nikki Heyli İrana görə Baydeni tənqid edib    - VİDEO
  14 Noyabr 2023    Oxunub:1065
“Co Bayden, əgər İsrailin yanındasansa, İrana isinməməlisən”.
AzVision.az xəbər verir ki, ABŞ prezidentliyinə seçkilərinə namizəd olan Nikki Heyli Co Baydenin İsrail-HƏMAS müharibəsi ilə bağlı siyasətini tənqid edib.

“Baydenin bəzi düzgün sözlər söyləməsinə sevinirəm, lakin onun hərəkətləri həmişə sözləri ilə üst-üstə düşmür. Bayden də Barak Obama ilə eyni yolla gedir və İsrailin bir nömrəli düşməninə kömək edir. İransız heç bir epik və İranın yaşıl işığı olmadan heç bir qətl də olmayacaq”, - xanım Heyli vurğulayıb.

Qeyd edək ki, hind əsilli respublikaçı Nikki Heyli 2011-2017-ci illərdə ABŞ-nin Cənubi Karolina şatatının qubernatoru, 2017-ci ilin yanvarından 2018-ci ilin sonuna qədər prezident Donald Trampın təklifini qəbul edərək ABŞ-nin BMT-dəki daimi nümayəndəsi olub. Həmin vəzifədən xanım Heyli öz ərizəsi ilə çıxıb.

Bu il fevralın ortalarında gələn ilin prezident seçkilərində iştirak etmək üçün rəsmi şəkildə namizədliyini irəli sürüb.

AzVision.az


Teqlər: Neyli   Bayden  





Xəbər lenti