İrəvani: İsrail İranı ittiham edərək məsuliyyətdən yayına bilməz

      İrəvani:    İsrail İranı ittiham edərək məsuliyyətdən yayına bilməz
  14 Noyabr 2023    Oxunub:952
İsrail rejimi yalandan İranı ittiham etməklə məsuliyyətdən yayına bilməz.
AzVision.az xəbər verir ki, İranın BMT-dəki səfiri və daimi nümayəndəsi deyib Səid İrəvani belə bəyanatla çıxış edib.

“Bu aparteid rejimi Qəzzada dinc əhaliyə qarşı davam edən cinayətləri nəticəsində günahsız insanların faciəli şəkildə itkisinə görə məsuliyyət daşıyır. İsrail rejiminin nümayəndəsi məktubunda İrana qarşı əsassız iddialarını təkrarlayaraq, beynəlxalq ictimaiyyətin diqqətini müharibə cinayətləri və insanlığa qarşı cinayətlərdən yayındırmaq üçün İranı regional müharibəni qızışdırmağa yönəlmiş siyasətlərdə ittiham edir. Yalandan İranı ittiham etməklə məsuliyyətdən yayına bilməz”, - İrəvani bildirib.
AzVision.az


Teqlər: İran   BMT  





Xəbər lenti