Həbs edilən güneyli milli fəalın səhhəti pisləşib

Həbs edilən güneyli milli fəalın səhhəti pisləşib
  14 Noyabr 2023    Oxunub:922
Təbrizdə ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) İdarəsinin təcridxanasından olan güney azərbaycanlı milli fəal Həmid Yeganəpur dünən ürək xəstəliyinin kəskinləşməsinə görə xəstəxanaya köçürülüb.
“Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə milli fəalın ailəsi xəbər verib.

Bildirilir ki, təhlükəsizlik qüvvələri onun ailəsinə zəng edərək milli fəalın xəstəxanaya aparıldığını bildiriblər. Ancaq onun səhhəti barədə dəqiq məlumat yoxdur.
AzVision.az



Teqlər: Fəal  





Xəbər lenti