Məktəb avtobusu yük maşınıyla toqquşdu: 3 nəfər ölüb

Məktəb avtobusu yük maşınıyla toqquşdu:    3 nəfər ölüb
  14 Noyabr 2023    Oxunub:1050
ABŞ-ın Ohayo ştatında məktəbliləri daşıyan avtobusla yük maşınının toqquşması nəticəsində 3 nəfər ölüb, 15 nəfər yaralanıb.
Bu barədə “Associated Press” ABŞ-ın Fövqəladə Hallar Xidmətinə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, avtobusda ümumilikdə 57 nəfər olub. Qəza yerli vaxtla saat 9:00 radələrində baş verib.

Qeyd olunub ki, yük maşını qarşısında gedən məktəb avtobusuna çırpılıb. Toqquşmanın səbəbi hələlik məlum deyil.
AzVision.az



Teqlər:





Xəbər lenti