Qəzzada bütün xəstəxanalar iki gün ərzində bağlana bilər

Qəzzada bütün xəstəxanalar iki gün ərzində bağlana bilər
  14 Noyabr 2023    Oxunub:1073
Qəzza zolağında fəaliyyət göstərən bütün xəstəxanalar yanacaqla təmin olunmasa, iki gün ərzində bağlana bilər.
"Əl-Ərəbiyyə" telekanalına verdiyi məlumata görə, bunu Fələstinin səhiyyə naziri Mai əl-Keyla deyib.

"Əgər 48 saat ərzində yanacaq çatdırılmasa, Qəzza zolağında bütün xəstəxanalar fəaliyyətini dayandıracaq. Hazırda 25 xəstəxana yanacaq çatışmazlığı və top atəşinə tutulduğu üçün xidmət göstərməyi dayandırıb və yalnız 10 xəstəxana işləyir", - əl-Keyla bildirib.

Qeyd olunur ki, Əl-Şifa tibb kompleksi İsrail hərbçiləri tərəfindən mühasirəyə alınıb. Hazırda tibb müəssisəsinin rəhbərliyi təxliyə ilə bağlı qərar qəbul etməyə hazırlaşır.
AzVision.az



Teqlər:





Xəbər lenti