Bir günə 2 min qaçqın Myanmadan Hindistana keçib

   Bir günə    2 min qaçqın    Myanmadan Hindistana keçib
  14 Noyabr 2023    Oxunub:1008
Myanmadan iki minə yaxın qaçqın son sutka ərzində Hindistanın sərhəddəki Mizoram əyalətinə köç edib.
Indian Express-in yaydığı məlumata görə, silahlı toqquşmaların getdiyi Myanmanın Rikhavdar şəhərinin sakinləri Hindistanın Zohavtar şəhərinə köçürlər. Bu iki yaşayış məntəqəsini Tiau çayı ayırır.

Yerli qaçqınlara yardım komitəsinin sədri Robert Zoremtluanginin sözlərinə görə, Tiaunun əks tərəfində silah səsləri eşidilir. Hindistan-Myanma sərhədini keçən 20 nəfər yaralanıb və xəstəxanalara aparılıb. Qaçqınlardan biri dünyasını dəyişib.
AzVision.az



Teqlər: Qaçqın  





Xəbər lenti