İrəvan Moskvadan uzaqlaşır: “Vacib hesab etdiyimiz yerə gedirik”

      İrəvan Moskvadan uzaqlaşır:    “Vacib hesab etdiyimiz yerə gedirik”
  15 Noyabr 2023    Oxunub:1202
"Ermənistan artıq razılaşmaların əldə olunduğu danışıqlara getmək istəyir".
Bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan rəsmi Yerevanın Azərbaycanla danışıqları davam etdirməkdə maraqlıdırsa, niyə nümayəndələrinin Moskvaya getməməsi sualına cavab verərkən deyib.

“Biz vacib hesab etdiyimiz, hazırda fürsət gördüyümüz və aydın təkliflər aldığımız yerə gedirik. Sülh sazişini yekunlaşdırmaq üçün bu formatda danışıqları davam etdirməyə və mümkünsə ilin sonuna qədər sülh sazişi imzalamağa hazırıq. Bu danışıqları digər səviyyələrdə, məsələn, Vaşinqtonda davam etdirmək imkanı var. Ermənistan hazırdır və ümid edirik ki, belə bir görüş baş tutacaq ”, - o bildirib.

O, ölkəsinin Azərbaycanla sülh sazişini yekunlaşdırmaq üçün bu formatda danışıqları davam etdirməyə və mümkünsə ilin sonuna qədər sülh sazişi imzalamağa hazır olduğunu bəyan edib.

AzVision.az


Teqlər:





Xəbər lenti