BQXK Arayik və digərlərinə baş çəkib
"Ziyarətlər dövri xarakter daşıyır. Biz onlara ailələri ilə əlaqə saxlamaq imkanı veririk”, -Zara Amatuni deyib.
Xatırladaq ki, bu ilin sentyabrın 19-da Azərbaycan konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağda lokal xarakterli antiterror tədbirlərinə başlayıb.
Əməliyyatdan sonra Qarabağda separatçıların keçmiş “prezidentləri” Arayik Arutyunyan, Arkadi Qukasyan (1997-2007) və Bako Saakyan (2007-2020), “Daşnakasutyun” partiyasının “Qarabağ təmsilçisi” və separatçı rejimin keçmiş parlament sədri David İşxanyan, "Dövlət naziri” Ruben Karleni Vardanyan törətdikləri cinayət əməllərinə görə barələrində aparılan cinayət işləri üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Bakıya gətiriliblər.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: