İranlı diplomat: “Fransa Qafqazda müharibəni qızışdıran addımlardan çəkinməlidir”

   İranlı diplomat:    “Fransa Qafqazda müharibəni qızışdıran addımlardan çəkinməlidir”
  15 Noyabr 2023    Oxunub:1025
İranın Azərbaycandakı keçmiş səfiri Mohsen Pakayin diqqət çəkən fikirlər səsləndirib.
O, “X” hesabında yazıb: “Silah sövdələşmələri(Məsələn,Hindistan və Fransanın İrəvanı silahlandırması-red.) və hərbi təlimlər kimi təxribatçı addımlar Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyəcək. "Cinayətkar" İsrail rejimi və mənfəətpərəst Fransa hökuməti Qafqazda müharibəni qızışdıran addımlardan çəkinməlidir. Bakı və İrəvan Qarabağ münaqişəsinin başa çatmasının və bölgəyə sülhün qayıtmasının qədrini bilsin”.

AzVision.az



Teqlər: İran   Fransa   Sülh  





Xəbər lenti