Ohanyan Paşinyanı tənqid etdi: "Təhlükəsizliyimiz təhlükə altındadır"

      Ohanyan Paşinyanı tənqid etdi:    "Təhlükəsizliyimiz təhlükə altındadır"
  15 Noyabr 2023    Oxunub:857
Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) tədbirdə iştirakdan imtina etməsi respublikanın təhlükəsizliyini təhdid edir.
Bunu “Ermənistan” fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyan deyib.

“Təhlükələrin dərinləşdiyi, çətin hərbi-siyasi vəziyyətin yarandığı bu şəraitdə KTMT tədbirlərində iştirak etməmək Ermənistan Respublikasının təhlükəsizliyini növbəti təhlükə altına qoyur.

Biz bu alyansın üzvüyük. Bir çox hallarda münasibətlərin korlanması Ermənistan hakimiyyətindən asılı idi”, -o, baş nazir Nikol Paşinyanın noyabrın 23-də Minskdə keçiriləcək KTMT Şurasının iclasında iştirakdan imtina etməsini şərh edərkən bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti