Bu qanuni oğrularla əlaqə saxlayan 18 nəfər həbs edildi

   Bu qanuni oğrularla əlaqə saxlayan 18 nəfər həbs edildi
  15 Noyabr 2023    Oxunub:1010
Gürcüstanda polis və prokurorluq kriminal aləm üzvlərinin axtarışı və saxlanılması üçün böyük xüsusi əməliyyat keçirib, 18 nəfəri tapmağa nail olub. Bu barədə Sputnik Gürcüstan məlumat yayıb.
Əməliyyat tədbirləri Tbilisi, Acarıstan, Quriya, Sameqrelo və Şida Kartlidə baş verib. Saxlanılan 18 nəfərdən 5-i qanuni oğrulara dəstək verməkdə, 6-sı qanunsuz fəaliyyətdə iştirakda, 7-si kriminal avtoritetlərə müraciət etdiklərinə görə həbs edilib.

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, təqsirləndirilən şəxslər xaricdə yaşayan qanuni oğrular Ruslan Qeqeçkori, Tengiz Xoperiya, Ceyran Kintsuraşvili, Revaz Morçiladze və Paata Bakradze ilə əlaqə saxlayıblar.

Müraciət edənlər şəxsi mənfəət əldə etmək məqsədilə vətəndaşlar arasında maddi problemləri həll etməyə çalışıblar.

Nəticədə yerli kriminal mühitin nümayəndələri oğrular arasında qarşıdurma təşkil edərək onlara pul ödəməyi əmr ediblər. Qanuni oğruların tələblərini yerinə yetirməkdən boyun qaçırdığı halda, qarşıdurma iştirakçısı fiziki cəzalandırılıb.

Faktla bağlı cinayət işi açılıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti