İranda ziyafət zamanı 300 kişi və qadın həbs edilib

İranda ziyafət zamanı 300 kişi və qadın həbs edilib
  15 Noyabr 2023    Oxunub:950
İranın Semnan əyalətinin Şahrud şəhərində “gecə şənliyində” iştirak edən 300 kişi və qadının həbs edilib.
AzVision.az Semnan əyalətinin polis komandirinin müavini polkovnik Əli Mirəhmədinin açıqladığı məlumata istinadən xəbər verir ki, Şahrudun kəşfiyyat və ictimai təhlükəsizlik məmurları bu şəhərin kənarında yerləşən salonda “qarışıq gecə şənliyi” görüblər.

Bu 300 kişi və qadın gecə şənliyində “normaları pozmaqda” ittiham edilib. Polkovnik Əli Mirəhmədi bildirib ki, əyləncənin keçirildiyi zal “həmkarlar ittifaqı pozuntusuna görə” möhürlənib.

Son illər İranın müxtəlif şəhərlərində “qarışıq əyləncələrdə” iştiraka və “hicabın açılması”na görə insanları həbs etmək üçün polis qüvvələrinin reydləri artıb.
AzVision.az



Teqlər: İran   həbslər  





Xəbər lenti