Kadırovun oğlu ordenlə təltif edildi

   Kadırovun oğlu ordenlə təltif edildi
  15 Noyabr 2023    Oxunub:897
Çeçenistanın rəhbəri Ramzan Kadırovun 15 yaşlı oğlu Adam Kadırov yeddinci mükafatını alıb. Respublikanın müftisi Salah Mejiyev onu 1-ci dərəcəli “İslam dininə xidmətə görə” ordeni ilə təltif edib.
Bu barədə Çeçenistanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev Telegram kanalında məlumat verib.

Onun sözlərinə görə, mükafatlandırma mərasimində Şimali Qafqazın bütün bölgələrinin müftiləri, eləcə də digər ölkələrin din xadimləri iştirak ediblər.

“İslamın möhkəmlənməsinə və onun dəyərlərinin qorunmasına mühüm şəxsi töhfəsinə görə təltif edilib!”,-Dudayev yazıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti