Rusiyada İran PUA-ları zavodunun tikintisi davam edir

   Rusiyada İran PUA-ları zavodunun tikintisi davam edir
  15 Noyabr 2023    Oxunub:1040
Peyk görüntüləri Rusiyada İranın “Şahid-136” pilotsuz təyyarələrinin kütləvi istehsalı üçün zavodun tikintisinin davam etdirildiyini sübuta yetirir.
AzVision.az xəbər verir ki, “Reuters” agentliyi belə məlumat yayıb.

“Qışın sürətlə yaxınlaşması fonunda Rusiyanın Ukraynanın həyati enerji infrastrukturuna qarşı Şahid-136 hücumlarını sürətləndirərək dinc əhali üçün qəddar həyat şəraiti yaradacağını gözləmək olar. Vaşinqtonun Alabuqa və onunla əlaqəli şirkətlərə sanksiya tətbiq etməsi atılması gecikmiş əsas addımdır”, - hesabatda deyilir.

Qeyd edək ki, Rusiyada inşa olunan PUA zavodu Moskvadan 960 km şərqdə, Tatarıstanın Yelabuqa şəhərində yerləşir.
AzVision.az


Teqlər: Rusiya   PUA  





Xəbər lenti