"Hizbullah"ın arsenalında Rusiya və İran silahları var

   "Hizbullah"ın arsenalında    Rusiya və İran silahları    var
  15 Noyabr 2023    Oxunub:1137
İsrail bir aydan çoxdur ki, təkcə cənubda HƏMAS ilə deyil, həm də ölkənin şimalındakı çox güclü "Hizbullah" təşkilatı ilə müharibə aparır.
AzVision.az Almaniyanın məşhur “Bild” nəşrinin yaydığı məlumata istinadən xəbər verir ki, HƏMAS artıq silahlarının çoxundan istifadə edib və hazırda “yaşamaq üçün mübarizə”. Hizbullah isə yəhudi dövlətini “məhv etmək” üçün hərbi potensialını ortaya qoymağa hələ başlamayıb.

Bu günə qədər yaraqlılar İsrailə 100-dən çox Rusiya istehsalı olan “Kornet” tank əleyhinə raketləri ilə zərbələr endiriblər.

Nəşrin iddiasına görə, İran rejimi Livandakı tərəfdaşlarına SEPAH-ın istifadə etdiyi bütün silah növlərini ötürüb.
AzVision.az



Teqlər: Rusiya   İran  





Xəbər lenti