İran, Özbəkistan və Tacikistan şəhərləri arasında qardaşlıq müqaviləsi imzalanıb

İran, Özbəkistan və Tacikistan şəhərləri arasında qardaşlıq müqaviləsi imzalanıb
  15 Noyabr 2023    Oxunub:1048
İran və Özbəkistanın tarixi şəhərləri olan İsfahan və Səmərqənd, Həmədan və Buxara, həmçinin Tacikistanın Xucənd və İranın Yəzd şəhərləri arasında qardaşlıq müqaviləsi bağlanıb.
AzVision.az bildirir ki, İranın Mədəniyyət və İrşad naziri Məhəmməd Mehdi İsmaili jurnalistlərə prezident İbrahim Rəisinin Özbəkistan və Tacikistana səfəri barədə danışarkən belə açıqlama verib.

“Prezidentin Özbəkistana və Tacikistana səfəri nəticəsində çox müsbət nəticələr əldə edildi. Mədəni əlaqələrin genişlənməsi, iranlıların səfərlərinin çoxluğu, Tacikistanla vizaların ləğvi bu səfər zamanı baş verən mühüm hadisələrdən idi. Tezliklə İranda və İsfahanda bir neçə mədəniyyət həftəmiz olacaq”, - İsmaili deyib.

Məmur gələn ilin yanvarında Tehranda rus mədəniyyət həftəsi keçiriləcəyini də vurğulayıb.


AzVision.az


Teqlər: İran   əlaqələr  





Xəbər lenti