Kanada müxalifəti İran agentlərinin qovulmasını tələb edir

Kanada müxalifəti İran agentlərinin qovulmasını tələb edir
  15 Noyabr 2023    Oxunub:890
Kanada müxalifətinin ən görkəmli siması, Mühafizəkarlar partiyasının lideri Pyer Pualevr İranın agentlərini bu ölkədəki təsir səviyyəsi ilə bağlı dərc olunan xəbərləri dəhşətli adlandıraraq, hökumət qarşısında onların buradan çıxarılması tələbini qoyub.
AzVision.az xəbər verir ki, “Global News” nəşri öz yeni hesabatında belə məlumat yayıb.

“İran rejiminin cani və quldurlarının Kanadada mövcudluğu, terror fəaliyyəti ilə əlaqəli olmaları fikri belə dəhşətlidir. Bu şəxslər ölkədə kanadalı yəhudiləri və iranlıları hədələyir, oğurladıqları pulları xərcləyir və təqib olunmadan fəaliyyətlərini davam etdirirlər”, - Pualevr deyib.

Siyasətçinin bəyanatı “Global News”un başqa bir hesabatında İrana bağlı qurumların təsir səviyyəsini və onların Kanadadakı Tehran rejiminin əleyhdarlarına qarşı təhdid xarakterli fəaliyyətini üzə çıxarmasından sonraya təsadüf edir.

Bundan başqa, Pualevr FTB-nin iranlı insan haqları müdafiəçisi və müxalifət xadimi Məsih Əlinejada Kanadaya getməməyi tövsiyyə etməsinə də toxunub.

“Bu fəala Kanadaya getməmək tövsiyəsi bizi şoka salıb. Kimin ağlına gələrdi ki, bir gün müttəfiqlərimiz Kanadanı “həddən artıq təhlükəli yer” elan edəcəklər?” , - müxalifət lideri sual edib.
AzVision.az


Teqlər: Kanada   İran  





Xəbər lenti