"Ermənistan Qarabağ müharibəsində dərsini aldı" - Ərdoğan

   "Ermənistan Qarabağ müharibəsində dərsini aldı" -    Ərdoğan
  15 Noyabr 2023    Oxunub:1092
"Ermənistan Qarabağ müharibəsində dərsini aldı və yerinə oturdu".
AzVision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə hakim Ədalət və İnkişaf Partiyasının fraksiyasının üzvləri qarşısında çıxışı zamanı deyib. O bildirib ki, İsrail idarəçiləri də oxşar aldatmacaları ifadə etməyə başlayıblar. Ancaq İsrail Yaxın Şərqdəki münaqişədə Ermənistan Qarabağ münaqişəsində məyus olduğu kimi məyus olacaq.

"Narahat olmayın, İsrail də məyus olacaq. Nə qədər ki, biz 85 milyon insan birləşmişik, bizi heç kim sındıra bilməz. Ona görə də hələ də güclü və müasir ordu bizim üçün zərurətdir", - o, deyib.

Ərdoğan həmçinin Netanyahunu İsrailin nüvə silahına malik olduğunu etiraf etməyə çağırıb və onun siyasi karyerasının bitəcəyini proqnozlaşdırıb.


Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti