Ərdoğan : "Sənin atom bomban var, ya yox?"

  Ərdoğan : "Sənin atom bomban var, ya yox?"
  15 Noyabr 2023    Oxunub:1214
"Netanyahu, sənin atom bomban var, ya yox? Artıq əcəlin gəlir. İstədiyiniz qədər nüvə bombasına sahib ola bilərsiniz, nəyə sahib olursan ol, amma sən gedirsən".
AzVision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə hakim Ədalət və İnkişaf Partiyasının fraksiyasının üzvləri qarşısında çıxışı zamanı deyib.

"Netanyahu hər tərəfdən bir nazirlə mətbuata açıqlama verir və o nazirlərin onu xilas edəcəyini düşünür. Amma hətta o nazirlər də Netanyahu ilə eyni istiqamətdə getmirlər. Getməli olan Netanyahudur.

Bütün məsələ dünyada haqlıların yanında olacaqların mövqeyidir. Bununla bağlı gözlənilən irəliləyişlər varmı? Təəssüf ki, xeyr... Bu, hələ də baş vermir.

Qərb, xüsusən də Amerika bu vəziyyətə hələ də tərsinə baxır. Fransa əvvəlcə fərqli açıqlamalar verir, sonra onun əksini edir. Dürüst ol. Bir gün elə, digər gün belə olma".


Şahanə Rəhimli
AzVision.az




Teqlər:





Xəbər lenti