Tehranda təhsilə bu səbəbdən ara verildi

Tehranda təhsilə bu səbəbdən ara verildi
  15 Noyabr 2023    Oxunub:1119
İranın paytaxtı Tehranda hava çirkliliyinə görə təhsil 1 gün müddətinə dayandırılıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İranın Havanın Çirklənməsi ilə bağlı Fövqəladə Hallar Komitəsi açıqlama verib.


Tehranın hava dövriyyəsinə uyğun olmayan fiziki quruluşu, şəhərdə əhalinin sıxlığı və nəqliyyat vasitələrinin istifadəsi, nəqliyyat vasitələrində və fabriklərdə istifadə olunan keyfiyyətsiz yanacaqlar havanın çirklənməsinin əsas səbəbi kimi göstərilir.

Tehran Hava Keyfiyyətini Ölçmə Şirkəti tərəfindən edilən açıqlamada, bu gün hava çirkliliyinin hər kubmetr üçün 151 mikroqram olaraq ölçüldüyü və bu nisbətin bütün yaş qrupları üçün qeyri-sağlam və təhlükəli olduğu bildirilib.

Ürək və ağciyər xəstəlikləri olan şəxslərə, qocalara və uşaqlara küçəyə çıxmamaq, ictimaiyyətə isə hər cür açıq havada fəaliyyətlərdən çəkinmələri barədə xəbərdarlıq edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti