"Azərbaycanla sülh müqaviləsinin prinsipləri razılaşdırılıb" - Paşinyan
O qeyd edib ki, sülh müqaviləsinin üç prinsipi 2023-cü ilin may və iyul aylarında Brüsseldə aparılan danışıqlarda Azərbaycanla razılaşdırılıb.
Baş nazir vurğulayıb ki, kommunikasiyaların açılması kontekstində Ermənistan hakimiyyəti müxtəlif növ öhdəliklər götürüb. "Əslində hakimiyyətin bütün real vədləri “Dünyanın kəsişməsi” layihəsində yazılıb. İrəvan regionun digər ölkələrinin yardımını gözləyərək layihənin icrasına tez bir zamanda başlamağa hazırdır. Eyni zamanda, “Dünyanın kəsişməsi”ndə Ermənistana verilən vədlər və onun qarşısında öhdəliklər qeyd olunub", Paşinyan əlavə edib
Aytən Zəhra
AzVision.az
Teqlər: