Nəsrin Sotudə “Qəhrəman qadınlar” mükafatına layiq görülüb

Nəsrin Sotudə    “Qəhrəman qadınlar”    mükafatına layiq görülüb
  16 Noyabr 2023    Oxunub:1011
Almaniyanın tanınmış feminist “Alice Schwarzer” fondunun “Qəhrəman Qadınlar” insan hüquqları mükafatı Berlin meriyasında keçirilən mərasimdə qiyabi olaraq Nəsrin Sotudəyə verilib.
AzVision.az xəbər verir ki, xanım Sotudənin adından qadın hüquqları müdafiəçisi Mənsur Şücayi mükafatı qəbul edib. “Qəhrəman qadınlar” mükafatı 10 min avro və yapon rəssamı Laiko İkemuranın heykəlcikindən ibarətdir.

Mükafatlandırma mərasimində Berlin meri Kai Vaqner, alman kino və televiziyasının tanınmış iran əsilli aktrisası Yasmin Təbətəbai, fond tərəfindən bu mükafata layiq görülmüş məşhur alman feminist Alice Schwarzer və Mansur Şücayi çıxış edib.

Mənsur Şücayi öz çıxışında İranda dünyəvi demokratik respublika uğrunda mübarizə apardıqlarını vurğulayıb.

Qeyd edək ki, tanınmış hüquqşünas və hüquq müdafiəçisi Nəsrin Sotudə bu yaxınlarda Armita Gəravəndin dəfn mərasimi zamanı bir neçə başqa şəxslə birlikdə həbs edilib, dünən isə zaminə buraxılıb.


AzVision.az



Teqlər: Sotudə   mükafat  





Xəbər lenti