Qəzzadakı quru əməliyyatlarında 50 İsrail əsgəri ölüb

   Qəzzadakı quru əməliyyatlarında 50 İsrail əsgəri ölüb
  16 Noyabr 2023    Oxunub:964
İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağında quru əməliyyatlarına başlamasından sonra şəxsi heyət arasında itkilərin ümumi sayı 50 nəfərə çatıb.
AzVision.az xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti yazıb.

Nəşr ordunun mətbuat xidmətinin məlumatlarına istinadən bildirir ki, dünən Qəzza zolağının şimalında gedən döyüşlər zamanı iki əsgər həlak olub.

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə soxulmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Bu, sərhədyanı qəsəbələrin sakinlərinin öldürülməsi və 200-dən çox, o cümlədən uşaq, qadın və yaşlıların girov götürülməsi ilə müşayiət olunub. HƏMAS hücumu İsrailin Qüdsdəki Əl-Əqsa məscidinə qarşı hərəkətlərinə cavab adlandırıb. İsrail Qəzzanı tam blokadaya aldığını elan edib və zolaqda hərbi əməliyyata başlayıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti