"KTMT Qafqazda vəziyyətin sabitləşməsi tədbirlər görəcək"

   "KTMT Qafqazda vəziyyətin sabitləşməsi tədbirlər görəcək"
  16 Noyabr 2023    Oxunub:980
"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) dövlət başçıları Qafqaz regionunda vəziyyətin sabitləşməsi üçün bütün lazımi tədbirləri görəcəklər".
AzVision.az xəbər verir ki, bunu brifinqdə KTMT-nin Birləşmiş Qərargah rəisi, general-polkovnik Anatoli Sidorov deyib.

“Dövlət başçılarının hansı qərarı verəcəyini güman etmirəm.Düşünürəm ki, onlar Qafqazda - həm Ermənistanda, həm də ona bitişik dövlətlərdə vəziyyətin sabitləşməsi üçün bütün tədbirləri görəcəklər”, - Sidorov qeyd edib.

O əlavə edib ki, tədbirlər barədə hələ 2022-ci ildə Birləşmiş Qərargah nümayəndə heyətinin və KTMT Katibliyinin Ermənistandakı işinin nəticələrinə əsasən təklif edilib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti