İranda sərhədçilər 5 nəfəri yaralayıb, 1 nəfəri isə qətlə yetiriblər

İranda sərhədçilər 5 nəfəri yaralayıb, 1 nəfəri isə qətlə yetiriblər
  16 Noyabr 2023    Oxunub:966
Kürdüstan əyalətinin Banə bölgəsində yerləşən “Həngecal” zastavasında qulluq edən sərhədçılərin açdığı atəş nəticəsində 5 nəfər kolbar yaralanıb, 1 nəfər isə dünyasını dəyişib.
AzVision.az “Güney Azfront” teleqram-kanalına istinadən xəbər verir ki, yaralalanların 2-si 18 yaşına çatmamış yeniyetmədir. Yadgar Rəhimi adlı şəxs isə aldığı güllə yaralarından dünyasını dəyişib.

Qeyd edək ki, kolbar – qanuni və ya qeyri-qanuni yollarla İran, İraq, Suriya və Türkiyə sərhədlərindən kürəyində yük daşımaq üçün işə götürülən işçidir. Onların əksəriyyəti İran Kürdüstanında yaşayır.
AzVision.az



Teqlər: İOran   kolbarlar  





Xəbər lenti