Gürcüstanın müdafiə naziri Ermənistana gedib

Gürcüstanın müdafiə naziri Ermənistana gedib
  16 Noyabr 2023    Oxunub:1150
Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladzenin başçılıq etdiyi nümayəndə heyəti Ermənistanda rəsmi səfərdədir.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Rəsmi səfərin məqsədləri barədə hələlik başqa təfərrüatlar verilmir.

Qeyd edək ki, 2023-cü ildə Ermənistan və Gürcüstanın müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq planı olmayıb. Sonuncu dəfə iki ölkənin müdafiə nazirləri tərəfindən imzalanan sənəd sənəd 2022-ci ilin mayında Suren Papikyanın Gürcüstana rəsmi səfəri zamanı imzalanıb.
Gürcüstanlı nazir Cuanşer Burçuladze isə sonuncu dəfə 2021-ci ildə Ermənistana səfər edib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Gürcüstan   Ermənistan  





Xəbər lenti