Güneyli sosial media fəalı həbs edilib

   Güneyli sosial media fəalı həbs edilib
  16 Noyabr 2023    Oxunub:1073
İranda Təbrizli sosial media fəalı Hüseyn Mənuçöhri həbs olunub.
AzVision.az Mənuçöhrinin ailəsinin yaydığı məlumata istinadən xəbər verir ki, 10 gün əvvəl yoxa çıxmış Hüsüynlə əvvəlcə əlaqə saxlamaq mümkün olmayıb. Bu yaxınlarda ailəsi ilə qısa telefon əlaqəsi yaradan gənc həbsdə olduğunu deyib.

Onun həbsinin səbəbi və irəli sürülən ittihamlar, eləcə də harada saxlanılması barədə məlumat yoxdur.

Sosial media fəalı son vaxtlar ölkədəki ictimai və iqtisadi məsələlərlə bağlı tənqidi fikirlərini paylaşırdı. Onun məhz həmin paylaşımlara görə saxlanıldığı ehtimal olunur.
AzVision.az


Teqlər: İran   həbslər  





Xəbər lenti