Gürcüstanda vitse-spikerin mandatı əlindən alınıb

Gürcüstanda vitse-spikerin mandatı əlindən alınıb
  16 Noyabr 2023    Oxunub:1038
Gürcüstan parlamenti hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasından olan vitse-spiker David Sergeyenkonun mandatını əlindən alıb.
AzVision.az xəbər verir ki, David Sergeyenko prezident Salome Zurabişvilinin impiçmenti zamanı iclasda iştirak etməyib.

Mandatın alınmasının lehinə 78, əleyhinə 2 nəfər səs verib.

“Cənab Davidə parlamentdə fəaliyyətinə görə minnətdarlıq bildiririk və gələcək işlərində uğurlar arzulayırıq”, - Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili səsvermədən sonra deyib.
AzVision.az



Teqlər: Gürcüstan  





Xəbər lenti