Zəncanda partlayış olub - VİDEO

Zəncanda partlayış olub -    VİDEO
  16 Noyabr 2023    Oxunub:899
İranın Zəncan şəhərində evdə baş verən partlayış nəticəsində 3 nəfər həyatını itirib.
AzVision.az bildirir ki, Yanğınsöndürmə mərkəzinin rəhbəri Məcid Əmirfəzli hadisə ilə bağlı açıqlama verib.

“Partlayış nəticəsində dağıntıların miqyasına görə ölən və yaralananların dəqiq sayı məlum olmasa da, hələlik iki qadın və bir kişi olmaqla üç nəfərin cəsədi hadisə yerindən çıxarılıb”, – Əmirfəzli deyib.

Həmçinin, ölənlərin sayının artacağı ehtimalını istisna etməyən məmur, hadisənin qaz balonunun partlaması nəticəsində baş verdiyini, dağılan mənzillə yanaşı, ətrafdakı binaların da xəsarət aldığını bildirib.


AzVision.az


Teqlər: Zəncan   partlayış  





Xəbər lenti