Almaniya polisi “Hamburq İslam Mərkəzi” nə və ona bağlı qruplara basqın edib

   Almaniya polisi    “Hamburq İslam Mərkəzi”   nə və ona bağlı qruplara basqın edib
  16 Noyabr 2023    Oxunub:1151
Yüzlərlə alman polisi “Hamburq İslam Mərkəzi”nə və ona bağlı beş qrupa basqın edib, lakin əməliyyat zamanı heç kim həbs olunmayıb.
AzVision.az xəbər verir ki, Almaniyanın Daxili İşlər naziri Nensi Fayzer belə məlumta yayıb.

“Biz islamçı qrupları izləyirik və bu qədər yəhudinin özünü təhlükədə hiss etdiyi bir vaxtda Almaniya nə islamçı təbliğat yayımlayacaq, nə də İsrailə qarşı düşmənçilik xarakterli antisemit təhriklərə dözməyəcək” , - Freyzer deyib.

Almaniya polisi Hamburq, Aşağı Saksoniya, Hessen, Berlin, Baden-Vürtemberq və Şimali Reyn-Vestfaliya daxil olmaqla ölkənin 6 əyalətində “Hamburq İslam Mərkəzi”nə məxsus əmlaklarda axtarış aparsa da, heç kimi həbs etməyib.

İrana bağlı “Hamburq İslam Mərkəzi” 30 ildir ki, Almaniya Kəşfiyyat və Daxili Təhlükəsizlik idarəsinin nəzarəti altındadır. HƏMAS-ın İsrailə hücumundan sonra Almaniya bu ekstremist qruplaşmanın və onunla əlaqəli təşkilatların fəaliyyətinə qadağa qoyub. “Hamburq İslam Mərkəzi”nə və ona bağlı beş qrupa basqının səbəbi İranın dəstəklədiyi “Hizbullah”ın HƏMAS-la “şübhəli əlaqəsi”dir.
AzVision.az




Teqlər: Almaniya   İslam  





Xəbər lenti