Abdullahiyan: Hücum HƏMAS-ın özünümüdafiə üçün qanuni hüququdur
“HƏMAS-ın hərəkəti özünü müdafiə etmək üçün qanuni hüquqa əsaslanırdı və 75 illik İsrail işğalının nəticəsi idi. Biz hər yerdə qadın və uşaqların öldürülməsinin əleyhinəyik. Biz həqiqətən də bu böhranın yayılmasını istəmirdik. Amma ABŞ İsraili dəstəkləməklə Qəzzada müharibəni gücləndirib. Yəmən öz qərarlarını verir və müstəqil hərəkət edir”, - Abdullahiyan deyib.
HƏMAS-ın İsrailə hücumu bu ölkənin Qəzza zolağında ona qarşı cavab hərbi əməliyyatına səbəb olub. Nəticədə bu müharibə əksəriyyəti qadın və uşaq olmaqla indiyədək 11 mindən çox insanın həyatına son qoyub.
AzVision.az
Teqlər: Abdullahiyan HƏMAS