Rusiya şirkətləri İranda 7 neft yatağının istismarını həyata keçirir
Keçən il İranın neft naziri Cavad Oci Rusiya şirkətləri tərəfindən İranın 7 neft və qaz yatağına 4,5 milyard dollarlıq sərmayənin yatırdığını elan etmişdi. Bu ilin yazında isə Rusiya baş nazirinin müavini Aleksandr Novakın Tehrana səfəri zamanı Oci bir daha rusların İranın 6 neft yatağına sərmayə qoyduğunu açıqladı.
Neft-qaz yataqlarının istismarı məsələsi ilk dəfə 2022-ci ildə qaldırıləb. O zaman neft nazirinin müavini Xocəstəmehr 4,5 milyard dollar dəyərində nüfuzlu yerli və xarici şirkətlərlə yeddi neft-qaz yatağının işlənməsi üzrə müqavilənin imzalanması yönündə danışıqlarının aparıldığını bildirdi.
Keçən ilin iyulunda isə xəbər agentlikləri İranın Milli Neft və Rusiyanın “Qazprom” şirkətləri arasında neft sənayesi tarixində ən böyük xarici investisiya—təxminən 40 milyard dollar dəyərində strateji əməkdaşlıq haqqında anlaşma memorandumunun imzalandığı barədə məlumat yaydılar.
AzVision.az