TBMM-də İsveçin NATO-ya üzvlük protokolu müzakirələri təxirə salınıb

   TBMM-də İsveçin NATO-ya üzvlük protokolu müzakirələri təxirə salınıb
  16 Noyabr 2023    Oxunub:960
Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsində İsveçin NATO-ya üzvlük protokolunun təsdiqi ilə bağlı qanun layihəsi ilə bağlı danışıqların təxirə salınması qərara alınıb.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Prosedura görə, İsveçin alyansa daxil olması ilə bağlı protokol əvvəlcə komitədə təsdiqlənməlidir, sonra məsələyə Türkiyə Böyük Millət Məclisində baxılacaq. Bundan sonra sənədi ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalamalıdır.

Qeyd edək ki, İsveç və Finlandiya ötən ilin mayında Şimali Atlantika Alyansına qoşulmaq üçün müraciət edib. Finlandiya bu il aprelin 4-də NATO-nun 31-ci üzvü olub. Lakin Türkiyənin təsdiq etməməsi səbəbindən İsveçin müraciəti hələ müsbət nəticələnməyib.

AzVision.az


Teqlər:





Xəbər lenti